Местоположение: Bakı
Komandamız genişlənir! Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq. Vacib qeyd İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir. Tələblər Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi; Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi; Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi; Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı; Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət; MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək; Azərbaycan dilində səlis danışıq və yazı; Rus və ya İngilis dili biliyi üstünlükdür; Operativ, diqqətli və məsuliyyətli olmaq. Üstünlük veriləcək İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi; Geniş yerli təchizatçı bazası; İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı; Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi. Vəzifə öhdəlikləri Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması; Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması; Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi; Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması; Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi; Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət; Alternativ məhsul və təchizatçıların araşdırılması; Anbar və digər şöbələrlə koordinasiya; Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması. İş şəraiti Məkan: Bakı, Əhməd Rəcəbli İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00 Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır İş üçün korporativ nömrə təqdim olunur. Müraciət edən namizədlər üçün qeyd Vakansiya üzrə əsas seçim meyarı B2B təchizat və satınalma sahəsində praktiki iş təcrübəsidir. Bu sahədə müvafiq təcrübəsi olan namizədlərin müraciətlərinə üstünlük veriləcək. Digər sahələrdə iş təcrübəsi olan namizədlərin isə bu vakansiya üzrə müraciətlərinin uyğunluğu nəzərə alınmaya bilər. Müraciət zamanı cavablandırılması xahiş olunan suallar CV ilə birlikdə aşağıdakı suallara da qısa və konkret cavab verməyiniz xahiş olunur. Namizədlərin ilkin qiymətləndirilməsi zamanı bu məlumatlar nəzərə alınacaq. Satınalma və təchizat sahəsində neçə il iş təcrübəniz var? Əvvəlki iş yerinizin adını və bu sahədə tutduğunuz vəzifəni qeyd edin. Əvvəlki iş yerinizdə hansı məhsul kateqoriyaları üzrə satınalma və təchizat prosesini həyata keçirmisiniz? Məsələn: inşaat materialları, elektrik avadanlıqları, santexnika, təsərrüfat malları və s. B2B təchizat şirkətində iş təcrübəniz varmı? Korporativ müştərilərdən daxil olan sorğuların araşdırılması, təchizatçıların tapılması və qiymət təkliflərinin hazırlanması ilə məşğul olmusunuzmu? Eyni vaxtda bir neçə fərqli müştərinin və müxtəlif məhsul kateqoriyalarının sifarişlərini idarə etmək təcrübəniz varmı? Varsa, bu prosesi necə təşkil etdiyinizi qısaca qeyd edin. Bu vəzifə üzrə gözlədiyiniz aylıq əməkhaqqı nə qədərdir? Məbləği AZN ilə qeyd edin. Təchizatçıdan alınan qiymətin yüksək olduğunu müəyyən etdikdə, daha sərfəli qiymət əldə etmək üçün hansı addımları atırsınız? Qısa olaraq yanaşmanızı və təcrübənizi izah edin. Qeyd: Yuxarıda qeyd olunan sualların cavablandırılması müraciətin ilkin qiymətləndirilməsi üçün vacibdir. Xahiş edirik, CV ilə birlikdə bütün suallara cavablarınızı da təqdim edəsiniz. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Satınalma və Təchizat üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcək.