Местоположение: Bakı
Şirkətimiz IT infrastrukturu, şəbəkə avadanlıqları və zəif axın (ELV) sistemləri üzrə məhsul və layihə həllərinin təchizatı və inteqrasiyası ilə məşğuldur. Hazırda komandamıza tender proseslərinin idarə olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ Satışlar üzrə Mütəxəssis axtarırıq. İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam iş günü, 5/2 Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı bonus Vəzifə öhdəlikləri Dövlət və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi. Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili. Tender sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili. İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin alınması. Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması. Tender sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi. Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin izlənilməsi. Yeni müştərilərin, tikinti şirkətlərinin və layihə təşkilatlarının cəlb edilməsi. Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi. Qazanılmış tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası. Namizədə tələblər Tender və ya B2B satış sahəsində minimum 1–2 il təcrübə. Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı. Excel və digər MS Office proqramlarında sərbəst işləmək. Texniki sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı. İngilis və rus dili biliyi üstünlükdür. IT, zəif axın, təhlükəsizlik sistemləri və MEP sahəsində təcrübə üstünlükdür. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifə adı qeyd edilməlidir - Tender və Korporativ Satışlar üzrə Mütəxəssis Əlaqə - Aynur Nəcəfova - 0774162110