Pərakəndə bankçılıq departamenti/ Pərakəndə məhsulların yaradılması və inkişafı şöbəsi/ Böyük mütəxəssis - Express Bank

Местоположение: Bakı

Təsvir Skorinq hesablama sistemi üzrə statistik təhlillərin aparılması; Yenilənmiş şərtlərin Skorinq hesablama sisteminə sazlanması; Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi; Yeni məhsulların sazlanılması və mövcud məhsulların optimizasiyası prosesində iştirak; Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumatın verilməsi və texniki sifarişlərin yazılması; Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması; Müştəri davranışlarını izləmək/təhlil etmək və bunun əsasında yeni təkliflərin hazırlanması; Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması; Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.); Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi; Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak; Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması; Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflərin verilməsi. Tələblər Ali iqtisadi, Maliyyə və ya texniki təhsil; Pərakəndə satış sektorunda ən azı 3 il təcrübə; MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı; SQL üzrə orta və ya daha yüksək səviyyədə biliklər; Power BI biliklərinin olması əlavə üstünlükdür; Komandada və fərdi şəkildə işləmək bacarığı; Analitik və məntiqi düşünmə qabiliyyəti; Detallara diqqət yetirmə bacarığı; Operativ və çevik qərar qəbul etmə bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta paketi Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri Peşəkar korporativ mühitdə işləmək imkanı Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.