Yüklənir...
Местоположение: Bakı
Gabala Hospitality Group (GHG) olaraq Qəbələ regionunda fəaliyyət göstərən müxtəlif biznes vahidlərinin sosial media fəaliyyətlərinin planlaşdırılması, idarə olunması, koordinasiyası və inkişafı üçün Sosial Media Meneceri axtarışındayıq. Vəzifə öhdəlikləri Qrupun daxil olan müxtəlif biznes vahidləri üzrə sosial media strategiyasının hazırlanması və icrası; Aylıq, həftəlik və kampaniya əsaslı kontent planlarının hazırlanması; Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və digər uyğun platformaların idarə olunması; Brend, digital, sosial media, PR, content və digər marketinq istiqamətlərinin bir-biri ilə uyğun işləməsini təmin etmək; Post, Reels, Stories, Shorts və digər formatlar üzrə kontent ideyalarının hazırlanması; Kontent istehsalı üçün videoqraf, dizayner, fotoqraf və digər yaradıcı komanda üzvləri ilə koordinasiya; Brend tonuna, vizual üsluba və kommunikasiya qaydalarına uyğun mətnlərin hazırlanması; Kampaniyaların sosial media üzrə kommunikasiya planının qurulması; Sosial media platformalarında gündəlik aktivliyin və aktual mövzuların izlənilməsi; Şərhlərin, mesajların və istifadəçi reaksiyalarının aidiyyəti üzrə yönləndirilməsi və idarə olunması; Sosial media hesablarının daim aktual saxlanılması; Vacib kampaniya, tədbir və layihələrin sosial mediada vaxtında və düzgün təqdim olunması; Sosial media trendlərinin izlənilməsi və uyğun olanların brendə adaptasiya edilməsi; Rəqiblərin və bazardakı digər brendlərin sosial media fəaliyyətlərinin izlənilməsi; Kontentin nəticələrinin təhlil edilməsi və nəticələr əsasında təkmilləşdirmə təkliflərinin hazırlanması Sosial media hesabatlarının hazırlanması; Engagement, reach, impressions, follower growth, video views, CTR və digər əsas göstəricilərin izlənilməsi; Paid social media kampaniyaları ilə bağlı aidiyyəti komanda və ya agentliklə koordinasiya; Kampaniya müddətində operativ olaraq real-time kontentin hazırlanması və paylaşılması; Ehtiyac olduqda çəkilişlərdə, tədbirlərdə və müxtəlif lokasiyalarda iştirak etmək. Tələblər Sosial media idarəçiliyi üzrə praktiki təcrübə; Instagram, Facebook, TikTok, YouTube və digər platformaların iş prinsipini bilmək; Kontent planlaşdırma və kontent strategiyası hazırlamaq bacarığı; Copywriting və caption hazırlamaq bacarığı; Sosial media trendlərini izləmək və onları brendə uyğunlaşdırmaq bacarığı; Analitik düşüncə; Sosial media statistikalarını oxumaq və nəticə çıxarmaq bacarığı Meta Business Suite və digər sosial media idarəetmə alətləri ilə işləmək bacarığı Basic Canva, CapCut və ya digər sadə kontent hazırlama proqramları ilə işləmək bacarığı; Güclü Azərbaycan dili; İngilis və rus dili biliyi üstünlükdür Komanda ilə işləmək bacarığı Biz nə təklif edirik? Qəbələ regionunun aparıcı hotel və turizm şirkətlərindən birində rəhbər vəzifədə karyera imkanı; GHG üzrə Sosial media əməliyyatlarına rəhbərlik etməklə geniş peşəkar məsuliyyət və inkişaf imkanları; GHG-nin formalaşmış Sosial media standartlarının daha da inkişaf etdirilməsində və ümumi sosial media strategiyasının həyata keçirilməsində iştirak etmək imkanı; Təcrübə və ideyalarınızı Qrup Marketinq Direktoru və peşəkar marketinq komandası ilə birlikdə reallaşdırmaq imkanı; Beynəlxalq Sosial media təcrübəsinin mövcud sistemə uyğun şəkildə tətbiqinə töhfə vermək imkanı; GHG daxilində uzunmüddətli karyera və peşəkar inkişaf imkanları; Vəzifə və namizədin təcrübəsinə uyğun rəqabətli əmək haqqı və şirkət tərəfindən müəyyən edilmiş digər iş üstünlükləri , sosial təminatlar. CV-lərinizi subject hissəsində “Sosial Media Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.