Местоположение: Bakı
İşəgötürən: “GFC” MMC, KFC, PH, Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Azərbaycan dili üzrə biliklər; Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti; Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 4-cü elektrik dərəcəsi; Müvafiq vəzifədə 4 ildən az olmayaraq iş təcrübəsi; BC kateqoriyalı sürücülük vəsiqəsi; Komandada işləmək bacarığı; Xasiyyətnamə tələb olunur. Əsas vəzifə öhdəlikləri: Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması, modul və komponent səviyyəsində təmiri; Restoranda olan elektrik, texniki avadanlığa və digər elektrik cihazlara xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür; Restoranda sıradan çıxmış elektrik lampalarının dəyişilməsi və tələb olunan digər elektrik işlərini yerinə yetirir; Avadanlığın və elektrik şəbəkəsinin fasiləsiz işləməsini və düzgün istismar olunmasını mütəmadi yoxlayır; Avadanlığının iş şəraitini öyrənir, onun vaxtından tez köhnəlməsinin səbəblərini aşkar edir, elektrik enerjisi itkilərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür; Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli və onlara ciddi riayət etməli; Avadanlıqların texniki servisi, profilaktik və plandanxaric təmirinin təşkili və həyata keçirilməsi; Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişlərin verilməsində iştirak edir. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi ; Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Elektrik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.