Местоположение: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi Vəzifə öhdəlikləri: Mühasibat uçotunun təşkili və nəzarət: Milli Mühasibat Uçotu Standartlarına və mühasibat haqqında qanunvericiliyə uyğun olaraq gündəlik mühasibat proseslərinin idarə olunmasını təşkil etmək və gedişata tam nəzarət etmək. Hesabatlılıq: Vergi, Statistika, Məşğulluq, DSMF və digər dövlət hesabatlarının vaxtında, dürüst tərtib olunmasına və e-Taxes/gov portalları vasitəsilə göndərilməsinə nəzarət etmək. Xarici kommunikasiya və əlaqələr: Banklar, Vergi Xidməti, Statistika Komitəsi, Məşğulluq Agentliyi və digər dövlət qurumları ilə rəsmi yazışmaları idarə etmək; Təchizatçılar və Subpodratçılarla danışıqlar aparmaq , maliyyə məsələləri üzrə operativ əlaqə qurmaq. Kənar Audit və Yoxlamalar: İllik kənar audit (maliyyə auditi) prosesini idarə etmək, auditorlar üçün lazımi məlumat və hesabatları hazırlamaq; Hesablama Palatası, Vergi və digər dövlət yoxlamaları zamanı qurumu rəsmi təmsil etmək. Aylıq və dövr bağlanışları: Ay sonu dövr bağlanışı prosesini idarə etmək, aylıq mühasibat və idarəetmə hesabatlarını (Dövriyyə balansı ( Trial Balance) , debitor/kreditor hesabatları və s.) hazırlamaq, balansa nəzarət etmək. Aktivlərin, anbarın və əməkhaqqının idarə edilməsi: Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material qiymətlilərinin (anbar uçotunun) və Əməkhaqqı hesablamalarının daxili prosedurlara və qanunvericiliyə uyğun olaraq düzgün aparılmasını bilmək və nəzarətdə saxlamaq. Maliyyə intizamı və Şəffaflıq: Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin hərəkətinə, xərclərin smetaya (büdcəyə) uyğun xərclənməsinə ciddi maliyyə intizamı çərçivəsində nəzarət etmək. Sistemin inkişafı və Avtomatlaşdırma: Mühasibatlıq proqramlarının və iş proseslərinin təkmilləşdirilməsi üçün proqramda lazımi struktur dəyişikliklərini və yeni funksionallıqları müəyyən etmək, texniki tapşırıqları hazırlamaq və bu istiqamətdə İT/tərtibatçı komandası ilə effektiv kommunikasiya qurmaq. Üzləşmələr və Rekonsilyasiya ( Recon ): Bank, Kassa, Təchizatçı və Müştəri hesablarının, Dövrüyyə cədvəli qalıqlarını yoxlamaq, üzləşdirmə proseslərini və verilən tapşırıqların icrasını təmin etmək. Qanunvericiliyə uyğunluq: Vergi, Əmək və Mülki məcəllələrin tələblərinə riayət olunmasını təmin etmək, vergi risklərini öncədən müəyyən edərək minimuma endirmək. Komandanın idarə edilməsi: Şöbə daxilində iş bölgüsü aparmaq, əməkdaşların gündəlik/aylıq tapşırıqlarının icra keyfiyyətinə nəzarət etmək. Namizədə dair tələblər: Təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya audit sahəsi üzrə ali təhsil. Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi. İstehsalat təcrübəsi: İstehsalat uçotu sahəsində təcrübəsinin olması arzuolunandır (üstünlükdür). Sertifikat: PMS mütləq; Beynəlxalq sertifikatlar (ACCA F3/F7/F9) olması üstünlükdür. Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və "Mühasibat uçotu haqqında" AR Qanununu bilmək. Proqram bilikləri: 1C (8.3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı. Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır. Şəxsi keyfiyyətlər və Kompetensiyalar: Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək); Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı; Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam. Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mühasibat uçotu və hesabatlılıq şöbəsi” qeyd olunması xahiş olunur