Местоположение: Bakı
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri vakansiyası elan edir Vəzifə öhdəlikləri: Təşkilatın marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi; Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması; SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması; Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi; Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması; PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili; Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi; Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili. Namizədə dair tələblər: Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil Bank və ya BOKT sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il təcrübə BOKT və ya Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatlılıq Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı; Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı; Komandada işləmə bacarığı; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Mükəmməl Azərbaycan dili biliyi; Microsoft Office proqramları ilə işləmə bacarığı. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00. Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “ Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.