Местоположение: Bakı
Təsvir Landau Academy-nin kurs və təlim proqramlarının potensial iştirakçılara təqdim edilməsi və satışının həyata keçirilməsi; WhatsApp, telefon və digər kanallardan daxil olan müraciətlərin vaxtında cavablandırılması və izlənilməsi; Namizədlərə proqramların məzmunu, qiymətləri, qeydiyyat şərtləri və dərs cədvəlləri barədə dəqiq məlumat verilməsi; Potensial namizədlərlə ilkin görüş və müsahibələrin təşkilinə, qeydiyyat və ödəniş prosesinə dəstək göstərilməsi; Namizəd bazasının, satış statuslarının və iştirakçı məlumatlarının mütəmadi yenilənməsi; Təlim qruplarının yaradılması, iştirakçı siyahılarının hazırlanması və qrup kommunikasiyasının koordinasiyası; İştirakçıların dərs cədvəli, məkan, dəyişikliklər və təşkilati məsələlər barədə vaxtında məlumatlandırılması; Təlimçilərlə əlaqələndirmə, dərs materiallarının və təşkilati hazırlığın təmin edilməsinə dəstək; İştirakçıların sual və müraciətlərinin operativ həlli, xidmət keyfiyyətinin qorunması; Satış, qeydiyyat, davamiyyət və qrup fəaliyyəti üzrə tələb olunan hesabatların hazırlanması. Tələblər Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis dili biliyi; Satış və müştəriyönümlü ünsiyyət bacarığı; MS Office / Google Sheets ilə işləmə bacarığı; Məsuliyyət, dəqiqlik və təşkilatçılıq; Təhsil və ya kurs satışı sahəsində təcrübə. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.