Местоположение: Bakı
Təsvir Şirkətin biznes strategiyasına uyğun L&D strategiyasının və illik təlim planının hazırlanmasına və icrasına rəhbərlik etmək; Təlim ehtiyaclarının sistemli şəkildə müəyyənləşdirilməsi və prioritetləşdirilməsi məqsədilə TNA (Training Needs Analysis) prosesini təşkil etmək və idarə etmək; L&D komandasının fəaliyyətini idarə etmək, iş bölgüsünü və prioritetləri müəyyənləşdirmək, komanda üzvlərinin peşəkar inkişafını və effektiv fəaliyyətini dəstəkləmək; Təlim proqramlarının effektivliyini və biznesə təsirini qiymətləndirmək, müvafiq KPI-ları müəyyənləşdirmək və izləmək, nəticələr əsasında analitik hesabatlar hazırlamaq; Xarici təlim provayderlərinin seçimi, qiymətləndirilməsi və onlarla əməkdaşlıq proseslərini idarə etmək, təlimlərin keyfiyyət və biznes tələblərinə uyğunluğunu təmin etmək; Davamlı öyrənmə və inkişaf mədəniyyətinin formalaşdırılması məqsədilə yeni L&D təşəbbüslərinin, müasir yanaşmaların və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək. Tələblər Ali təhsil (İR, Biznesin İdarə Edilməsi, Psixologiya və ya əlaqəli sahələr üzrə). Azərbaycan dilində mükəmməl, ingilis dilində isə yaxşı danışıq və yazılı ünsiyyət bacarığı; L&D və ya İR sahəsində minimum 4-5 il iş təcrübəsi; Təlim və inkişaf proqramlarının hazırlanması və idarə olunması üzrə praktiki təcrübə; TNA (Training Needs Analysis), kompetensiyaların inkişafı və təlimlərin effektivliyinin qiymətləndirilməsi metodologiyaları üzrə bilik; Komanda idarəetməsi və güclü liderlik bacarıqları; Yüksək səviyyədə kommunikasiya, təqdimat və fasilitasiya bacarıqları; Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə); Könüllü tibbi sığorta; Uşaqlara məktəb endirimləri; Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı; Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.