Yüklənir...
Местоположение: Bakı
İş yeri: Gəncə şəhəri Vəzifə öhdəlikləri: Restoranın fasiləsiz fəaliyyətinin təşkili Müştəri məmnuniyyətini təmin etmək Standartların tələblərinə riayət edilməsinə nəzarət Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi İşçi heyətinin seçilməsi, təlimatlandırılması İş bölgüsünün düzgün aparılmasına nəzarət İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək Heyətin davamiyyət cədvəllərinin tərtibi və nəzarət İş yerində qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət. Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək. Kassa əməliyyatlarına nəzarət Anbar sayımlarına nəzarət Namizədə dair tələblər: Təhsil: Ali təhsil İş təcrübəsi: Restoran sahəsində menecer vəzifəsində minumum 3 il iş təcrübəsi Vakansiya Gəncə şəhərində yaşayış yeri olan namizədlər üçündür Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti Detallara diqqət etmək bacarığı Əmək intizamına riayət etmək Kollektivdə işləmək bacarığı; MADO konseptinə uyğun restoranlarda iş təcrübəsi Kompüter bilikləri: MS Office Dil bilikləri: Rus dili və ya İngilis dili arzuolunandır Bakı şəhərinə ezamiyyətlərə hazır olmalıdır İş şəraiti: İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki İstirahət günü: həftədə 1 gün Qidalanma şirkət tərəfindən təmin olunur Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə Əmək haqqı: müsahibə əsasında Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran meneceri” yazıb Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV göndərməsi xahiş olunur.