Aparıcı Mühasib - Nalfina Development MMC

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Şirkətin gündəlik mühasibat və vergi uçotunun düzgün və vaxtında aparılması; Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi; Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və digər ödənişlərin düzgün hesablanmasının təmin edilməsi; Debitor və kreditor borclarına nəzarət edilməsi və hesablaşmaların düzgünlüyünün yoxlanılması; Bank, kassa, əsas vəsait və mal-material əməliyyatlarının uçotunun aparılması; Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət edilməsi; Mühasibat sənədlərinin və elektron qaimə-fakturaların düzgün rəsmiləşdirilməsinin təmin edilməsi; Bütün mühasibat əməliyyatlarının 1C 8.3 ERP proqramında düzgün əks etdirilməsi; Aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq məlumatların düzgünlüyünün təmin edilməsi; Mühasibat və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi. Tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil; Mühasibatlıq və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi (aparıcı mühasib və ya oxşar vəzifədə təcrübə üstünlükdür); Mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı biliklər; 1C 8.3 ERP və MS Office, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı; Azərbaycan dili – əla, rus dili – arzuolunandır; Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə bacarığı. İş şəraiti: İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze Resort and Residences” istirahət kompleksinin ərazisində;  İş rejimi: 5 günlük iş həftəsi; Nəqliyyat servisi və korporativ nömrə ilə təminat; Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun müəyyən edilir. Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.