Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifələr: Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Müştərilərə bankın kredit məhsulları barədə məlumat verilməsi; Qızıl girovu və digər kredit növləri üzrə məhsulların satışının təmin edilməsi; Kredit müraciətlərinin qəbul edilməsi və təhlil edilməsi; Kredit portfelinin idarə edilməsi və ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi; Müştəri sorğularının operativ cavablandırılması və yüksək xidmət keyfiyyətinin təmin edilməsi; Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icrası. Namizədə dair tələblər: Ali iqtisadi təhsil; Kredit mütəxəssisi vəzifəsində minimum 1 il iş təcrübəsi; MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri; Kreditləşmə ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları). Komandada və müştərilərlə işləmək bacarıqları; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır. İş şəraiti: AZ2000, Gəncə şəhəri, Heydər Əliyev pr. 505 Həftə içi 5 iş günü, 09:00–18:00 Əmək haqqı: razılaşma əsasında Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur.