Yüklənir...
Местоположение: Bakı
Təsvir Şirkət üzrə əməkdaşların inkişaf ehtiyaclarının müəyyən edilməsində rəhbərlərlə əməkdaşlıq etmək. Hər bir əməkdaş üçün Fərdi İnkişaf Planlarının (IDP) hazırlanmasını koordinasiya etmək və metodoloji dəstək göstərmək. IDP-lərin icra vəziyyətini mütəmadi izləmək, tərəqqini qiymətləndirmək və hesabatlar hazırlamaq. Rəhbərlərlə birlikdə inkişaf məqsədlərinin müəyyən olunmasını və SMART prinsiplərinə uyğun formalaşdırılmasını təmin etmək. İnkişaf planlarında nəzərdə tutulan təlim, kouçinq, mentorluq, rotasiya və digər inkişaf fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək. Təlim ehtiyaclarının analizi (TNA) aparmaq və nəticələr əsasında illik inkişaf planlarının hazırlanmasına töhfə vermək. Karyera inkişafı, varislik planlaması (Succession Planning) və istedadların idarə olunması proseslərinə dəstək vermək. İş qrafiki: 5 gün, 09:00-18:00 Tələblər Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Psixologiya, Pedaqogika və ya digər uyğun ixtisaslar üzrə). Təlim və inkişaf sahəsində minimum 2- 3il iş təcrübəsi. Fərdi İnkişaf Planlarının (IDP) hazırlanması üzrə təcrübə (Mütləq) Texniki biliklər: MS Office ( Yüksək səviyyədə Excel biliyi) Rəqəmsal təlim platformaları və e-learning həlləri ilə iş təcrübəsi. Layihələrin idarə edilməsi və müxtəlif funksional komandalarla işləmək təcrübəsi Analitik düşünmə və məlumatların təhlili bacarığı. Planlaşdırma və təşkilatçılıq bacarığı. Təşəbbüskarlıq və nəticəyönümlülük. Ezamiyyətlərə açıq olmaq Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Nəqliyyat Karyera yüksəlişi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.