Yüklənir...
Местоположение: Bakı
Vəzifə təsviri: OCR, foto keyfiyyət nəzarəti, görüntü analizi, üz tanıma/yoxlama və əlaqəli AI xidmətlərinin məhsula inteqrasiyası, ölçülməsi və təkmilləşdirilməsi. Öhdəliklər: Seriya nömrəsi/oxunuş kimi məlumatların OCR ilə çıxarılması üzrə keyfiyyət qapılarının qurulması, yalan pozitiv/neqativ ölçümü Üz tanıma/yoxlama xidmətinin (FastAPI əsaslı, liveness yoxlaması daxil) production stabilliyinin təmin edilməsi Görüntü əsaslı analiz və qeyd emalı üçün batch skriptlərin hazırlanması OCR pipeline-larının qurulması (server-side validasiya daxil olmaqla) Qiymətləndirmə dəstlərinin (eval set) hazırlanması, dəqiqlik/recall ölçülməsi, hesabatların çıxarılması Backend komandası ilə API müqaviləsinin razılaşdırılması; frontend komandasından rəylərin toplanması Model/host tələbləri üzrə DevOps komandası ilə birgə iş. Tələblər: Computer vision/OCR/embedding sahəsində 2+ il təcrübə və ya güclü portfel Production səviyyəli Python API xidməti yazma bacarığı Backend TypeScript kodunu oxuyub inteqrasiya edə bilmək (üstünlük). Üstünlük təşkil edən keyfiyyətlər: Sənəd/sayğac OCR, barkod+OCR birləşməsi təcrübəsi Liveness/anti-spoof təcrübəsi Batch processing, GPU server təcrübəsi Dil bilikləri: Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi; Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi; Rus dili biliyi üstünlük hesab olunur. Əlavə Məlumat: Servis şirkət tərəfindən təmin olunur. İş saatları: həftənin 5 günü, 08:00–17:00 Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior AI Computer Vision Specialist” başlıqı ilə göndərsin.