Baş mühasib - Ramada Plaza by Wyndham Gəncə

Местоположение: Bakı

Təsvir Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək; Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək; Aylıq və illik bağlanış proseslərini həyata keçirmək; Debitor və kreditor hesablaşmalarına, bank və kassa əməliyyatlarına nəzarət etmək; Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənişini təmin etmək; Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək; Mühasibat hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq; Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək göstərmək; Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək; Tələblər Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə); Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək; Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə biliklər; ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər; Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu üzrə biliklər; Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank üzləşmələrinin aparılması üzrə təcrübə; Aylıq və illik mühasibat bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı; P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər; 1C proqramında (xüsusən də “Əmək haqqı və HR” modulu) sərbəst işləmək və MS Excel proqramını yüksək səviyyədə bilmək; Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur. Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür; Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət e t düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.