Məlumat Mərkəzi üzrə Mütəxəssis - SAMT

Местоположение: Bakı

"SAMT" MMC-də " Məlumat Mərkəzi üzrə Mütəxəssis " vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Məlumat mərkəzinə daxil olan müraciətlərin telefon, e-mail və digər kanallar vasitəsilə qəbul edilməsi; Müştərilərə məhsul, xidmət və prosedurlar barədə düzgün və ətraflı məlumat verilməsi; Müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və sistemdə qeydiyyata alınması; Müştəri sorğularının operativ şəkildə cavablandırılması və həllinin izlənilməsi; Müraciətlər üzrə hesabatların hazırlanmasında iştirak; Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərilməsi. ​​​​​​​Tələblər: Ali və ya orta ixtisas təhsili;  Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;  Rus və/və ya ingilis dili biliyi orta səviyyədə;  MS Office proqramları ilə işləmək bacarığı;  Güclü ünsiyyət və dinləmə bacarığı;  Müştəriyönümlülük, məsuliyyətlilik və operativlik;  Stressli vəziyyətlərdə işləmək bacarığı;  Məlumatları düzgün və aydın şəkildə təqdim etmək bacarığı. ​​​​​​​Şirkət tərəfindən verilən imtiyazlar: Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Məlumat Mərkəzi üzrə Mütəxəssis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.