Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis - Sirab Satış və Dağıtım MMC

Местоположение: Bakı

Öhdəliklər:  Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq; Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək; Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq, Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək; İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək; Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək; Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq; ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək; Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq; Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq; Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək Əsas tələblər: Ali təhsil  Biznesin idarə edilməsi, Menecment və əlaqəli ixtisaslara üstünlük verilir. Müvafiq sahə üzrə 2 il iş təcrübəsi; Azərbaycan dili –  yaxşı; Rus və ingilis dili biliyi üstünlükdür; MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər. Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür. Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı; Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər; Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı; Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı. Fərdi keyfiyyət göstəriciləri: Məsuliyyətlilik Analitik düşüncə tərzli Komandada işləmək bacarığı Ünsiyyət qurma bacarığı İş vaxtının norması: 5 günlük iş rejimi Saat - 09:00/17:00 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Nahar şirkət tərəfindən təmin edilir Korporativ telefon nömrəsi və danışıq paketi İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə:  https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.  Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.