Mühasib - Strata

Местоположение: Bakı

Şirkətimiz “ Mühasib ” vəzifəsi üzrə vakansiya elan edir. İş barədə məlumatlar:  Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; Əmək haqqı: 1500 AZN; 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri; Korporativ nömrə ilə təmin olunma; Nahar şirkət tərəfindən verilir; Vakansiya növü - tam ştat; Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz. İşin Təsviri: Maliyyə və mühasibatlıq əməliyyatlarını icra etmək; Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqləmək; Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam uçotunu aparmaq; Xərclərə və büdcəyə nəzarət etmək; Maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq; Büdcənin hazırlanması üçün zəruri olan məlumatları toplamaq və nəzarət etmək; Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq; Vergi və mühasibat uçotu yoxlamaları zamanı məlumatların düzgün formada təqdim edilməsi;  Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək;  Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabatın təqdim edilməsi; 1C: Mühasibat 8.3 (və ya müvafiq versiya) proqramında əməliyyatların aparılmasını dərindən bilmək, daxil edilən sənədlərin yoxlanılması, hesabatların hazırlanması, (ƏDV, DSMF, mənfəət vergisi, kassa, bank və s.) dövriyyə cədvəlləri, qalıq və hərəkət hesabatları ilə işləmək, Debitor və kreditor borcların nəzarəti və analizini apara bilmək; Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək; Aylıq və gündəlik daxili hesabatların hazırlanması. Tələblər: Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil; Tikinti sahəsi üzrə 7 ildən yuxarı, saəh üztə 5 il iş təcrübəsi; PMS sertifikatı mütləqdir; 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı; Xanım namizəd olmalıdır; Xarici dillər: Rus dili və ingilis dili arzuolunandır; Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik; Analitik düşünmə qabiliyyəti və strateji yanaşma; Rəhbərlik və komanda idarəetmə bacarığı. Aşağıdakıları bilməlidir: Azərbaycan Respublikasının Vergi Məcəlləsini; E-taxes.gov.az, E-gov.az portallarında işləmə təcrübəsi; İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli; Maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini;  Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, debitor borclarının silinməsi saxlanılması və xərclənməsi qaydalarını; Debitor və kreditorlarla hesablaşma, yoxlanış və sənədli təftişin qaydalarını; Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını;  Bank ödəniş tapşırıqlarının hazırlanması. Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “ Mühasib ” qeyd etməklə göndərə bilərsiniz.