Местоположение: Bakı
Vəzifə təlimatı Xarici istehsalçı və təchizatçıların araşdırılması və qiymətləndirilməsi; Təchizat əməliyyatlarının təşkili və sifarişlərin icra prosesinin izlənilməsi; Rəhbərlik tərəfindən təsdiq edilmiş sifarişlərin tədarükçülərlə razılaşdırılması və sifariş sənədlərinin 1C proqramında tərtib edilməsi; Alış sifarişlərinin, müqavilələrin, daxilolma sənədlərinin və ödəniş sənədlərinin 1C proqramında işlənilməsi; Göndəriş və çatdırılma sənədlərinin sistemə daxil edilməsi və nəzarət; Daşıyıcı şirkətlərin araşdırılması, qiymət təkliflərinin alınması və uyğun şərtlərin müəyyənləşdirilməsi; Daşıma sənədlərinin hazırlanması, nəqliyyat qrafiklərinin izlənilməsi və müvafiq bölmələrlə koordinasiyanın aparılması; Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak; Təchizat və logistika sənədlərinin düzgün arxivləşdirilməsi; Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər Ali təhsil Dil biliyi: Azərbaycan, Rus və İngilis dillərini bilməli Çin bazarı ilə iş təcrübəsi üstünlükdür MS Excel və ERP proqramlarında işləmək bacarığı; Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı Yüksək məsuliyyət, dürüstlük və öyrənməyə həvəs Komanda ilə işləmə bacarığı İş şəraiti: Həftə içi 5 gün, saat: 09:00dan - 18:00dək Nahar şirkət tərəfindən təmin olunur Əmək haqqı: 800 Azn Ünvan: Ağ şəhər, 3-cü şərq küçəsi Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .