Texniki Supervayzer - Veysəloğlu MMC

Местоположение: Bakı

Funksiya:  Şirniyyat Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi (Nestle)Nescafe Professional Bölməsi İş yeri:  Bakı şəhəri İş qrafiki:  Həftənin 5 günü saat 08:00-17:00/08:30-17:30/09:00-18:00 Ümumi məlumat: Mexaniki, elektrik və avtomatika avadanlıqlarının təmiri və texniki xidmətinin təşkili, verilən tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək. Vəzifə funksiyaları: Mexaniki, elektrik və elektronika avadanlıqlarının təmiri və texniki xidmət işlərini təşkil etmək və nəzarət etmək; Avtomatika sistemləri (maqnitişəsalıcı, rele, kontroller və s.) üzrə işlərin düzgün işləməsini təmin etmək və texniki problemlərin operativ həllini təmin etmək; Texniki problemlərlə bağlı daxil olan zəngləri qəbul etmək, ilkin qeydləri aparmaq və məsələnin operativ həlli üçün müvafiq əməkdaşlara yönləndirmək; Verilən texniki tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət etmək; Ərazidə yoxlama işlərini həyata keçirmək; Kollektivlə effektiv ünsiyyət qurmaq, komanda daxilində koordinasiyanı təmin etmək; İstehsalat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə aparılmasına dəstək göstərmək. Vəzifə tələbləri: Ali təhsil (elektrik, elektronika və ya əlaqəli sahə üzrə); Mexaniki, elektrik və elektronik avadanlıqların təmiri sahəsində minimum 2 il iş təcrübəsi; Avtomatika bilikləri (maqnitişəsalıcı, rele, kontroller və digər əlaqəli sistemlər); İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır; Ərazidə yoxlama işlərinin aparılması üçün şəxsi avtomobilə malik olmaq üstünlükdür; Yaxşı ünsiyyət və kollektivdə işləmək bacarığı; Rus dili biliyi mütləqdir Əmək haqqı:  Müsahibə əsasında təyin olunur Təminatlar: Nəqliyyat xidməti Nahar ödənişi Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki Supervayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan  elektron poçt ünvanına və ya   https://karyera.veyseloglu.az/   saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.