Yüklənir...
Местоположение: Bakı
Зарплата: 1500-2000
Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir. Vəzifə öhdəlikləri: Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması; Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi; Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi; Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması; Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək; Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması; Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması; Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi; Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət; Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi. Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür) İş təcrübəsi: Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi; Tələb olunan bilik və bacarıqlar: Liderlik və təşkilatçılıq bacarığı; Strateji düşünmə və qərarvermə bacarığı Ünsiyyət və təqdimat bacarığı; Analitik düşünmə bacarığı; Problem həll etmə və nəticəyönümlülük bacarığı; Məsuliyyətlilik və təşəbbüskarlıq; Satış və biznes inkişafı üzrə biliklər; Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı; İngilis dili biliyi - C1; Rus dilində ünsiyyət bacarığı üstünlükdür. Təklif edirik: Əmək haqqı: 1500-2000 AZN ; İş qrafiki: 6 gün / 09:00 - 18:00 Nahar şirkət tərəfindən təmin edilir; Gənc və peşəkar komanda ilə dinamik iş mühiti; Müraciət qaydası: Tələblərə cavab verən namizədlər “Direktor(Təlim-tədris mərkəzi)” başlığı ilə öz CV və portfellərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili hr.stepconsulting@gmail.com