Akademik işlər üzrə şöbənin mütəxəssisi - StudyLab

Местоположение: Bakı

Зарплата: 600-800

Namizəddən tələblər: B2 səviyyədə ingilis dili biliyi mütləqdir. Təhsil (Özəl kurs) sahəsində  mütəxəssis və ya menecer vəzifəsində 2-5 il iş təcrübəsi üstünlükdür.  Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək). Excel proqramında sərbəst işləyə bilmək. Vəzifə öhdəlikləri: Mərkəzə daxil olan müraciətlərin cavablandırılması, qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi. Yeni tələbələrin cəlb olunması üçün daxil olan müraicətlərlə satış yönümlü ünsiyyət həyata keçirmək. Mərkəz daxilində ehtiyaclara uyğun olaraq tələbələrin yeni fənlərə yazılmasını təmin etmək. Tələbələrin beynəlxalq imtahanlara qeydiyyatının aparılmasını həyata keçirmək. (SAT, IELTS, TOEFL, OMPT, Cambridge və s).   Qeyd:  Bu bənd zəruridir və bunun üçün  B2  səviyyədə ingilis dili biliyi tələb olunur. Təhsil mərkəzində daxili sınaq imtahanlarıın təşkili. Tələbələrin təhsil haqda hesabatlarını mütəmadi (həftəlik) valideynlərə təqdim etmək. Şöbə rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək. İş haqda məlumat: İş qrafiki: 6 gün 5 gün saat 10:00-19:00. Şənbə- saat 10:00 -16:00 (qısa iş günü). Əmək haqqı:  Sabit əmək haqqı (600-800 AZN) +bonus (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq). İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi. Mütəxəssis vəzifəsindən başlayaraq Baş Mütəxəssis, Aparıcı Mütəxəssis və s vəzifələrinə qədər yüksəlmək imkanı. Rəsmi əmək müqaviləsi ilə iş. Ünvan - Atatürk pr 39 A. (“StudyLab” təhsil mərkəzi). Uyğun namizədlər CV-lərini (PDF formada  Müraciət et  düyməsində qeyd olunan elektron ünvanına  “Akademik işlər üzrə şöbənin mütəxəssisi”  başlığı ilə göndərə bilərlər.