İnsan resursları üzrə menecer - Superfon

Местоположение: Bakı

Vəzifənin məqsədi:  Şirkətin strateji məqsədlərinə uyğun insan resurslarının planlaşdırılmasını təmin etmək, peşəkar kadrların cəlb olunmasını, inkişaf etdirilməsini və saxlanılmasını təşkil etmək, əmək münasibətlərinin qanunvericiliyə uyğun idarə edilməsini həyata keçirmək. Vəzifə öhdəlikləri: Vakansiyaların müəyyən edilməsi və işə qəbul prosesinin təşkili; İş elanlarının hazırlanması və yerləşdirilməsi; Namizədlərin seçilməsi, müsahibələrin təşkili və qiymətləndirilməsi; Yeni işçilərin adaptasiya proqramının həyata keçirilməsi; İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak; Korporativ tədbirlərin təşkilində dəstək; Şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət; Vakansiyalar, işçi dövriyyəsi, adaptasiya və digər göstəricilər üzrə statistik məlumatların və hesabatların hazırlanması; Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası. Tələblər: Ali təhsil (İnsan Resursları, İdarəetmə, Hüquq, Psixologiya və ya digər uyğun ixtisaslar); İnsan resursları sahəsində minimum 3-5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Ünsiyyət, danışıqlar aparmaq və təşkilatçılıq bacarığı; Analitik düşünmə və məsuliyyətlilik; Komandada işləmək bacarığı; Şirkətə məxsus mağazalara planlı və müntəzəm ziyarətlərin həyata keçirilmək; İşçi heyəti ilə yerində görüşlərin keçirilməsi, problemlərin və ehtiyacların müəyyən etmək; Ziyarət nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim etmək; Ezamiyyətlərə açıq olmaq; Şəxsi avtomobilinin olması; Satış sahəsində təcrübə üstünlükdür; Rus və ya ingilis dili üstünlükdür; Bəy namizədlər tələb olunur. Təminatlar: 5 günlük iş qrafiki; Əmək bazarına uyğun rəqabətli əmək haqqı; Karyera yüksəlişi imkanı; Korporativ mobil nömrə; Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində “İnsan resursları üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.