Местоположение: Bakı
Vəzifənin məqsədi: Şirkətin əməkdaş ehtiyaclarına uyğun olaraq vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, namizədlərin axtarışı, seçimi və qiymətləndirilməsi proseslərini həyata keçirmək, işə qəbul prosesinin effektivliyini artırmaq. Vəzifə öhdəlikləri: Şirkətin struktur bölmələri üzrə işçi ehtiyaclarını analiz etmək; Vakansiya tələblərini rəhbərlərdən qəbul etmək və dəqiqləşdirmək; Vəzifə təlimatları və namizəd profillərinin hazırlanmasında iştirak etmək; Vakansiyaları uyğun platformalarda yerləşdirmək; Vakansiyaların aktivliyinə və namizəd axınına nəzarət etmək; Müxtəlif mənbələrdən namizədlərin axtarışını həyata keçirmək; CV-ləri analiz etmək və ilkin seçim aparmaq; Müsahibə proseslərini təşkil etmək və koordinasiya etmək. Vakansiyaların bağlanma müddətini izləmək; Namizəd mənbələrinin effektivliyini analiz etmək; İşə qəbul göstəriciləri üzrə hesabatlar və statistikalarını hazırlamaq; Tələblər: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Psixologiya, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr). İşə qəbul üzrə minimum 1-3 il iş təcrübəsi; Pərakəndə satış, distribusiya və ya çoxsaylı işçi heyəti olan şirkətlərdə təcrübə üstünlükdür; İşə qəbul prosesləri və metodlarını bilmək; Əmək bazarını və vakansiya yerləşdirmə kanallarını tanımaq. Təminatlar: Əmək bazarına uyğun rəqabətli əmək haqqı; Karyera yüksəlişi imkanı; Korporativ mobil nömrə; Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.