Yüklənir...
Местоположение: Bakı
Vəzifənin məqsədi: Şirkətin strateji və əsas müştəriləri ilə iş prosesində Key Account Manager-ə dəstək vermək, müştəri sifarişlərinin, müqavilələrin, hesabatların və müştəri məlumatlarının düzgün idarə olunmasını təmin etmək, satış hədəflərinin icrasına və müştəri məmnuniyyətinin artırılmasına töhfə vermək. Vəzifə öhdəlikləri: Platformalarda həyata keçirilən kampaniyaların gündəlik izlənilməsi, icrasının təmin edilməsi və nəticələrinin monitorinqi; Satışı həyata keçirilən məhsulların qiymətlərinə nəzarət etmək və qiymət dəyişikliklərinin düzgün tətbiq olunmasını təmin etmək; Məhsul satışlarının mütəmadi təhlilini aparmaq, satışların artırılması istiqamətində təkliflər vermək və tədbirlər görmək; Korporativ və strateji müştərilərlə operativ kommunikasiyanı təmin etmək; Müştəri sifarişlərinin qəbul edilməsi, koordinasiyası və icrasının izlənilməsi; Debitor borcların izlənilməsi və vaxtında yığılmasına dəstək göstərmək; Şirkətin qiymət siyasətinə uyğun olaraq satış prosesinin idarə olunmasına dəstək vermək; Müştəri məlumat bazasının yenilənməsini və düzgün saxlanılmasını təmin etmək; Satış hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək; Key Account Manager tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: Ali təhsil (Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); Satış, müştəri xidmətləri və ya korporativ müştərilərlə iş sahəsində minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur; MS Office proqramları (xüsusilə Excel) üzrə işləmə bacarığı; Rus dili – B2 səviyyəsində, İngilis dili – A2 səviyyəsində bilik arzuolunandır; Analitik düşünmə və hesabatlarla işləmə bacarığı; Yüksək ünsiyyət və təqdimat bacarığı; Məsuliyyətli, dəqiq, dürüst və nəticəyönümlü olmaq; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı. Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq. Təminatlar: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi; Dinamik və peşəkar iş mühiti; Peşəkar və karyera inkişafı imkanları; Korporativ mobil nömrə və danışıq limiti; Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Key Account Manager Assistant” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.