Satış Nümayəndəsi (Ekspeditor) - Superfon

Местоположение: Bakı

Vəzifənin məqsədi:  Məhsulların təyin olunmuş marşrut üzrə müştərilərə təqdim edilməsi, satış hədəflərinin icrası, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazası ilə davamlı əməkdaşlığın təmin edilməsi. Vəzifə öhdəlikləri: Müəyyən olunmuş ərazilər üzrə gündəlik satış ziyarətlərini həyata keçirmək; Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf etdirmək; Sifarişləri qəbul etmək və vaxtında çatdırılmasını koordinasiya etmək; Debitor borclara nəzarət etmək; Satış planlarını yerinə yetirmək; Rəhbərliyə gündəlik və aylıq hesabatlar təqdim etmək; Tələblər : Minimum 2–3 il satış nümayəndəsi (ekspeditor) vəzifəsində iş təcrübəsi; Şəxsi minik avtomobilinin olması (mütləq); Ali və ya orta ixtisas təhsili; MS Office proqramlarında ilkin biliklər; Bacarıqlar: Satış və danışıqlar aparmaq bacarığı; Yüksək ünsiyyət və təqdimat bacarığı; Müştəriyönümlü yanaşma; Planlama və vaxtın effektiv idarə olunması; Məsuliyyətlilik və nəticəyönümlülük; Problem həll etmə və qərarvermə bacarığı; Komandada işləmək bacarığı; Ezamiyyətlərə hazır olmaq ( Şəki, Qax, Zaqatala, Balakən və s ) Təminatlar: Rəqabətli əmək haqqı və bonus sistemi; Yanacaq və amortizasiya xərclərinin qarşılanması (şirkət siyasətinə uyğun); Korporativ mobil nömrə; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Nümayəndəsi (Ekspeditor)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.