Yüklənir...
Местоположение: Baki
Əsas vəzifə öhdəlikləri: Müəssisənin enerji təchizatının təmin edilməsi; Obyektlərin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün periodik olaraq bütün enerji təsərrüfatını yoxlaması və lazımi tədbirlərin görülməsinə qərar verilməsi; Ofislərdə, mağazalarda və anbarlarda bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edilməsi; İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verilməsi; Bütün obyektlərdə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edilməsi; Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmiri, enerjinin qənaətlə sərfinə nəzarətin təşkil edilməsi; Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi; Sifarişlərin və hesablamaların tərtibinin planlaşdırılması; Enerji qurğularının davamlı və təhlükəsiz işinin təmin edilməsi; Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarətin təmin edilməsi; Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarətin təmin edilməsi; Təmir dövründə bütün işlək avadanlıqların işləyib-işləməməsinin yoxlanılması; Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilinin aparılması, qəzalar, onların statistikası və səbəblərinin araşdırılması və uçotunun təşkil edilməsi; Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin işlənməsi və onların yerinə yetirilməsinə nəzarət edilməsi; Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verilməsi və qəbul edilmiş təkliflərin tətbiqinin təşkil edilməsi; Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil (Energetika, Elektroenergetika, Elektrik mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə); Energetika sahəsində minimum 2 il iş təcrübəsi; Rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi; Retail sahəsində iş təcrübəsi olması üstünlükdür. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edilməsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına nahar; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Energetika bölmə rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət maili cv@tamstore.az