Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri : Təhkim olunmuş ərazi üzrə satış nöqtələrinə nəzarətin həyata keçirilməsi; Məhsulların düzgün düzülüşünə (planograma) riayət olunmasına nəzarət; Satış nöqtələrində məhsul mövcudluğunun (stok) yoxlanılması və təmin edilməsi; Promo və kampaniyaların icrasına nəzarət; Gündəlik və həftəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Əlavə sərgilənmə yerlərinin təyin edilməsi və tətbiqinə nəzarət; Rəf və aksiyon qiymətlərinin mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması; Mağaza deposunun nəzarətdə saxlanılması; Məhsulun rəfdə olmaması halında depo qalığının yoxlanılması, səbəblərin araşdırılması və rəhbərliyə məlumat verilməsi; Satış tempinə uyğun olaraq sifarişlərə müdaxilə edilməsi (artırılması və ya azaldılması). Tələb olunan bilik və bacarıqlar: Komanda ilə işləmə və koordinasiya bacarığı; Vaxtın düzgün idarə olunması qabiliyyəti; Detallara diqqət və məsuliyyətlilik; Dinamik iş mühitində işləmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil və ya orta təhsil (müvafiq ixtisas üzrə); Təcrübə minimum 1 il(müvafiq sahə üzrə). İş şərtlərimiz: İş qrafiki: İş günü (6 gün); İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ərazi koordinatoru (Klassik Qeyri-Qida Məhsulları üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.