Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsi və müvafiq kodların təyin olunması; Yük Gömrük Bəyannamələrinin əlavə xərclərlə birlikdə mühasibat proqramına daxil edilməsi; Aylıq təhtəlşəxslərlə hesablaşmalar üzrə hesabatların bağlanılması; Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması; Əsas vəsaitlər üzrə kreditorlarla üzləşmələrin aparılması; Sənədlərin yoxlanılması və ödənişə hazırlanması; Əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması və uçotun aparılması; Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Tələb olunan bilik və bacarıqlar: Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel); Analitik düşünmə və problemləri həll etmə bacarığı; İşində dəqiqlik; Məsuliyyətlilik. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil (Müvafiq sahə üzrə); Təcrübə 2-3il. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əsas vəsaitlər üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: cv@tamstore.az