Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək; Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək; Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək; Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq; Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək; Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək; Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək; Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq; Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq; Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq; Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək. Tələb olunan bilik və bacarıqlar: Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı; Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları; Komandada işləmək və operativ qərarvermə bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil ; Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi; Azərbaycan və rus dillərində səlis danışıq bacarığı. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına nahar; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Online satış mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. vəzifə üzrə namizədin hazırla