Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Gündəlik hesabatların hazırlanması və müvafiq tərəflərlə paylaşılması; Məhsul tanıtımlarının idarə olunması, qiymət və barkod dəyişikliklərinin, qiymət fərqlərinin yoxlanılması, məhsulların aktiv və passiv statusunun tənzimlənməsi; Mağazalarda və ya sistemdə (müvafiq kateqoriya üzrə) yaranan problemlərin və xətaların aradan qaldırılmasına operativ dəstək göstərilməsi. Tələb olunan bilik və bacarıqlar: Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel); LOGO (Tiger) proqramı ilə işləmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil (müvafiq sahə üzrə) ; Minimum 6 ay iş təcrübəsi . İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına nahar; Şirkət hesabına korporativ nömrə; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma əməliyyatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.