Местоположение: Bakı
AAC MMC komandamıza məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Anbardar axtarırıq. Əsas vəzifə öhdəlikləri Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq aktları tərtib etmək; Qəbul edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş anbardarı məlumatlandırmaq; Sifarişlərə uyğun hazır məhsulların yüklənməsini təşkil etmək; Yüklənən məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq; Növbə ərzində görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq; Növbə sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək; İstehsalat növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara təqdim etmək; Avtokar operatorlarının fəaliyyətinə nəzarət etmək; Hazır məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını və saxlanmasını təmin etmək; Anbar sahəsindən səmərəli istifadəni təmin etmək; Anbarda təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək. Namizədə tələblər Cins: Kişi Yaş həddi: 25–40 yaş Anbar sahəsində ən azı 1 il iş təcrübəsi; MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək; Komandada işləmək bacarığı; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Azərbaycan dilini mükəmməl bilmək; Rus dili biliyi arzuolunandır. İş şəraiti İş yeri: Səngəçal İş rejimi: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi Əmək haqqı: 700–800 AZN Nahar: Şirkət tərəfindən təmin olunur Nəqliyyat: Şirkət tərəfindən təmin olunur Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. E-mail mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.