Yüklənir...
Местоположение: Bakı
İş şəraiti Şəhər: Bakı İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı) Əmək haqqı: Razılaşma əsasında Vəzifə öhdəlikləri Şirkətdə sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) üzrə tələblərin tətbiqini və icrasını təmin etmək; SƏTƏM üzrə daxili siyasət, prosedur və təlimatların hazırlanması, yenilənməsi və tətbiqində iştirak etmək; Şirkətin ofis və digər iş sahələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə planlı və plandankənar yoxlamalar aparmaq; İş yerlərində mövcud təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq; Yeni işçilər, təcrübəçilər və podratçılar üçün əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş təlimatlarını təşkil etmək və keçirmək; İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Yanğın təhlükəsizliyi, təxliyə və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilini və icrasını koordinasiya etmək; İş yerlərində baş vermiş qəza və insidentlərin araşdırılmasında, səbəblərinin müəyyənləşdirilməsində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək; İş yerlərinin attestasiyası ilə bağlı təşkilati və koordinasiya işlərini həyata keçirmək; SƏTƏM üzrə sənədlərin, qeydiyyat jurnallarının, hesabatların və digər müvafiq sənədlərin hazırlanmasını və aktual saxlanılmasını təmin etmək; Şirkətin fəaliyyətinin qüvvədə olan əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək. Tələblər Ali təhsil (əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə); SƏTƏM və ya əməyin mühafizəsi sahəsində 1 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlar üzrə biliklər; Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması üzrə praktiki bacarıqlar; Əməyin mühafizəsi üzrə təlimatların, prosedurların və hesabatların hazırlanması təcrübəsi; Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq üzrə biliklər; MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.