Yüklənir...
Местоположение: Bakı
AFB Bank Pərakəndə Müştəri idarəetməsi şöbəsinə kiçik mütəxəssis /mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə daxili vakansiya elan edir. Tələblər: Ali təhsil; Bank sektorunda minimum 1 il iş təcrübəsi Analitik düşüncə qabiliyyəti və məlumatlarla işləmə bacarığı (Excel (Advanced),SQL (İntermediate), Power BI/Tableau (İntermediate) və analitik alətlər üzrə bilik üstünlükdür); CRM sistemləri və müştəri məlumat bazaları ilə işləmə təcrübəsi; Məlumatların məxfiliyinə və dəqiqliyə riayət etmə vərdişi; Yaxşı ünsiyyət və təqdimat bacarığı; Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzuolunandır. İşin təsviri: Müştəri seqmentlərini izləmək, aktivlik və churn analizləri aparmaq. CRM sistemində müştəri məlumatlarının düzgünlüyünə nəzarət. Loyallıq və müştəri saxlama kampaniyalarının icrasında iştirak. Müştəri rəyləri və davranış göstəricilərinə əsasən hesabatlar hazırlamaq. Kampaniya nəticələrinin təhlilini aparmaq və təkmilləşmə təklifləri vermək. Müştəri xidməti proseslərində təkrarlanan problemləri müəyyənləşdirmək. Struktur və Şöbə rəhbərinin verdiyi tapşırıqları vaxtında və dəqiq icra etmək. CRM və digər sistemlər üzrə təkmilləşdirmə təklifləri vermək. Müştəri təcrübəsini artıran təşəbbüslərin hazırlanmasında iştirak. Bankdaxili bölmələrlə (Marketinq, Rəqəmsal, Əməliyyat və s.) koordinasiyalı işləmək. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “ Pərakəndə Müştəri idarəetməsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis ” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.