Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: İstehsalat avadanlıqlarındakı avtomatika və elelktronika ilə bağlı yaranmış problemləri aradan qaldırır; Avtomatlaşdırma sistemlərinin (PLC, SCADA, HMI, VFD və digər idarəetmə sistemləri) texniki vəziyyətini izləyir, diaqnostika və sazlama işlərini həyata keçirir; Elektrik sxemləri, idarəetmə sxemləri və texniki sənədlər üzrə dəyişiklikləri izləyir və aidiyyəti sənədlərin yenilənməsində iştirak edir; Avtomatlaşdırma və elektronika avadanlıqları ilə bağlı texniki hesabatların, nasazlıq analizlərinin və görülmüş işlər üzrə məlumatların hazırlanmasında iştirak edir; Avtomatlaşdırma avadanlıqları üçün tələb olunan ehtiyat hissələri və elektron komponentlərin texniki uyğunluğunu müəyyən edir, sifariş prosesində iştirak edir; Sensorlar, icraedici mexanizmlər, idarəetmə modulları və elektron komponentlərin düzgün işləməsinə nəzarət edir, nasazlıqların aradan qaldırılmasında iştirak edir; Tələb olunan təhsil, iş təcrübəsi: Təhsil: Ali təhsil: Proseslərin avtomatlaşdırılması mühəndisi sahəsində İş təcrübəsi: Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi; (istehsal sahəsi üzrə təcrübəsi üstünlükdür) İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Abşeron ray, Hökməli qəs, Avrora Sənaye Parkı Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Nahar təminatı. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.