Yüklənir...
Местоположение: Bakı
“AZ CONSTRUCTION A” MMC Texniki Ofis Mühəndisi vakansiyası elan edir! “ AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisi axtarır! Vəzifə öhdəlikləri: Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması; Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi; Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması; Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi; Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi; Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət; Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması; Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili. Namizədə tələblər: Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə; AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı; Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı; Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik. İş şəraiti İş yeri: Xocavənd və Ağdam şəhəri İş günləri: Həftənin 5 günü İş saatları: 09:00–18:00 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir. Rəsmi əmək müqaviləsi Peşəkar və işgüzar iş mühiti Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.