Yüklənir...
Местоположение: Bakı
Təsvir BRAVO mağazalarının in-store dizayn konsepsiyalarının hazırlanması və tətbiq edilməsi; Mağaza layout və planlarının oxunması, təhlili və dizayn həllərinə uyğunlaşdırılması ; Müştəri axınının nəzərə alınması ilə naviqasiya sistemlərinin hazırlanması və yerləşdirilməsi üçün sifarişlərin edilməsi; Mağaza daxilində kateqoriya, şöbə, rəf, zona və istiqamətləndirici lövhələrin dizaynının hazırlanması; POSM, wobler, stopper, shelf-talker, qiymət kommunikasiya elementləri və digər in-store materialların dizaynın hazırlanması; Mağaza planına uyğun olaraq reklam və kommunikasiya elementlərinin ölçü, yerləşmə və görünüş baxımından hazırlanması; Yeni açılan, yenilənən və remodel edilən mağazalar üçün in-store vizual həllərin hazırlanması; Hazırlanan dizaynların çap və istehsala texniki hazırlanması , ölçü və material spesifikasiyalarının düzgün təqdim edilməsi; Dizaynların mağazada tətbiqinə nəzarət və mövcud problemlərin operativ həlli; Memarlıq, tikinti, VM, marketinq və digər aidiyyəti komandalarla koordinasiyalı iş; Mağaza daxilində brend standartlarının və korporativ vizual kimliyin qorunması; Mövcud mağazaların vizual auditlərinin aparılması və təkmilləşdirmə təkliflərinin hazırlanması. Tələblər Qrafik dizayn, interyer dizayn, memarlıq və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi; Retail / supermarket / FMCG mühitində dizayn təcrübəsi üstünlükdür; Adobe Illustrator, Photoshop və InDesign proqramlarında peşəkar işləmə bacarığı; AutoCAD və ya digər plan/layout proqramlarında işləmə və texniki planları oxuma bacarığı; Mağaza layoutlarını, mərtəbə planlarını və texniki çertyojları oxuya bilməsi; Wayfinding və signage prinsipləri haqqında anlayış; Məkan daxilində müştəri hərəkət trayektoriyasını və vizual istiqamətləndirməni nəzərə alaraq dizayn hazırlamaq bacarığı; Ölçü, miqyas, material və istehsal xüsusiyyətləri ilə bağlı texniki anlayış; Çap və istehsal prosesləri, material növləri və onların tətbiqi barədə məlumatlılıq; Vizual kompozisiya, tipoqrafika, rəng və brend standartları üzrə güclü bilik; Bir neçə layihəni paralel idarə etmək və deadline-lara riayət etmək bacarığı; Detallara yüksək diqqət və ölçülərlə dəqiq işləmə bacarığı. Vakansiya növü - Müvəqqəti Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.