Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə və öhdəliklər Hidravlik qaldırma sistemi ilə həyata keçirilən çən montajı işlərində metal konstruksiya elementlərinin quraşdırılmasını həyata keçirmək; Çənlərin yuxarıdan aşağı istiqamətdə montajı zamanı metal lövhələrin (plakaların) layihə və texniki tələblərə uyğun quraşdırılmasını təmin etmək; Montaj ediləcək metal lövhələrin düzgün ölçüləndirilməsinə, yerləşdirilməsinə və birləşməsinə diqqət yetirmək; Qaynaq işlərinin aparılacağı sahələrin əvvəlcədən hazırlanmasını təmin etmək; Qaynaq tikişlərinin hazırlanması üçün metal səthlərin təmizlənməsi, uyğunlaşdırılması və digər zəruri hazırlıq işlərini həyata keçirmək; Montaj işlərini təsdiq edilmiş cizgi, texniki sənədlər və iş ardıcıllığına uyğun yerinə yetirmək; Hər bir montaj mərhələsinin qısa müddətdə və keyfiyyətlə tamamlanmasını təmin etmək; Montaj mərhələsi başa çatdıqdan sonra domkrat sisteminin növbəti qaldırma əməliyyatına hazırlanmasına dəstək olmaq; Hidravlik qaldırma sistemi ilə montaj prosesi zamanı təhlükəsizlik məsafələrinə və müəyyən edilmiş iş ardıcıllığına riayət etmək; Quraşdırılan elementlərin dayanıqlığına və düzgün yerləşdirilməsinə nəzarət etmək; Quraşdırma işləri zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək; İş sahəsinin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək; Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək; Rəhbər və ustanın verdiyi digər aidiyyəti tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Metal konstruksiyaların, çənlərin və iriölçülü metal elementlərin quraşdırılması üzrə iş təcrübəsi; Metal lövhələrin quraşdırılması və birləşdirilməsi üzrə praktiki bacarıq; Çən montajı və ya domkrat sistemi ilə həyata keçirilən qaldırma və montaj işlərində təcrübə üstünlükdür; Qaynaq işlərinə hazırlıq və metal səthlərin hazırlanması üzrə praktiki bilik; Texniki cizgilər və montaj sxemlərini oxuma bacarığı; Əl alətləri və montaj avadanlıqlarından təhlükəsiz istifadə bacarığı; Hündürlükdə və sənaye sahələrində işləmək bacarığı; SƏTƏM və əməyin mühafizəsi qaydalarını bilməli və onlara riayət etməli; Məsuliyyətli, intizamlı və operativ olmalı; Komanda ilə işləmək bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.