Elektrik təchizatı və fasiləsiz enerji təchizatı sistemləri üzrə mühəndis - Bakinity Distribution MMC

Местоположение: Bakı

Struktur bölmə: Layihə üzrə kabel, montaj və icra sektoru Tabeçilik: Sektor müdiri (Baş montajçı) İşin təsviri Elektrik təchizatı və fasiləsiz enerji təchizatı (UPS) sistemləri üzrə layihələrin texniki həllərini hazırlamaq, layihələndirmə və texniki hesablamaları həyata keçirmək. Elektrik sistemləri üzrə çertyojları, elektrik sxemlərini və digər texniki layihə sənədlərini hazırlamaq və yeniləmək. Elektrik, UPS və əlaqəli sistemlər üzrə iş həcmlərinin cədvəlini (BoQ), material, avadanlıq və komponent siyahılarını hazırlamaq. Texniki spesifikasiyalara uyğun elektrik avadanlıqlarını, UPS sistemlərini və əlaqəli komponentləri seçmək, alternativ məhsulları texniki göstəricilər baxımından qiymətləndirmək. Tenderlər üçün elektrik və UPS sistemləri üzrə texniki tapşırıqları hazırlamaq, tender sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini təhlil etmək, aşkar edilmiş qeyri-müəyyənliklərlə bağlı dəqiqləşdirici suallar hazırlamaq. Təsdiq edilmiş layihə çertyojlarını və texniki sənədləri sahə işçilərinə təqdim etmək, quraşdırma işlərinin həmin sənədlərə və layihə tələblərinə uyğun yerinə yetirilməsinə texniki nəzarət etmək. Elektrik işlərinin keyfiyyətini, tətbiq olunan texnologiyanın və quraşdırılmış sistemlərin layihə tələblərinə uyğunluğunu yoxlamaq. Elektrik və UPS sistemlərinin yoxlanılması və sınaqlarının təşkilinə nəzarət etmək, nəticələri qiymətləndirmək, texniki problemləri və uyğunsuzluqları müəyyənləşdirərək onların aradan qaldırılması üzrə həllər hazırlamaq. Layihə üzrə faktiki görülmüş işlərin həcmini layihə sənədləri və BoQ ilə müqayisə etmək, fərqləri müəyyənləşdirmək və zəruri texniki dəyişiklikləri əsaslandırmaq. Torpaqlama və ildırımdan mühafizə sistemlərinin layihələndirilməsini, quraşdırılmasını və müvafiq parametrlərinin ölçülməsini təmin etmək. UPS akkumulyator batareyalarının, avtomatik ehtiyat keçid (ATS) qurğularının və ehtiyat enerji mənbələrinin (generatorların) elektrik sisteminə inteqrasiyasını təmin etmək. İzolyasiya və torpaqlama müqavimətinin, eləcə də digər elektrik parametrlərinin ölçülməsini təşkil etmək, nəticələri sənədləşdirmək və ölçü cihazlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək. Elektrik işlərinin təhlükəsiz icrasını təmin etmək, işçiləri təhlükəsizlik üzrə təlimatlandırmaq və elektrik təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək. Layihələrin təhvil-təslim prosesində iştirak etmək, icra sənədlərini (as-built drawings) və tələb olunan texniki sənədləri hazırlamaq. Layihələrin gedişatı, görülmüş işlər, texniki problemlər və risklər barədə aidiyyəti rəhbərliyə məlumat və hesabatlar təqdim etmək. Sahə işçiləri, təchizatçılar və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək, tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək. Namizədə dair tələblər Elektrik mühəndisliyi, energetika, əlaqəli texniki ixtisas üzrə ali təhsil və ya orta ixtisas təhsili. Elektrik sistemlərinin layihələndirilməsi və quraşdırılması, eləcə də UPS sistemləri üzrə azı 3 il praktiki iş təcrübəsi. Elektrik təchizatı və UPS sistemlərinin iş prinsipləri, layihələndirilməsi, quraşdırılması və texniki hesablamaları üzrə biliklər. Elektrik sxemlərini, layihə çertyojlarını, texniki spesifikasiyaları və istehsalçıların texniki sənədlərini oxumaq və təhlil etmək bacarığı. Elektrik avadanlıqları, qoruyucu aparatları, paylayıcı panellər, kabellər və UPS sistemləri üzrə biliklər. Tender sənədlərinin, texniki tapşırıqların və iş həcmlərinin təhlili, BoQ və material siyahılarının hazırlanması üzrə bacarıqlar. Torpaqlama, ildırımdan mühafizə, avtomatik ehtiyat keçid (ATS) və ehtiyat enerji mənbələri sistemləri üzrə biliklər. Elektrik təhlükəsizliyi üzrə 1000 V-dək elektrik qurğularında işləmək üçün azı IV buraxılış qrupuna malik olmaq. Elektrik işlərinin təhlükəsiz təşkili, ölçü cihazlarından istifadə, sınaq nəticələrinin qiymətləndirilməsi və texniki uyğunsuzluqların aradan qaldırılması üzrə bacarıqlar. AutoCAD və ya analoji layihələndirmə proqramları ilə işləmək bacarığı. Microsoft Excel proqramında BoQ, material siyahıları və hesablama cədvəlləri hazırlamaq, Microsoft Word və Outlook proqramlarından istifadə etmək bacarığı. Bitrix24 və ya analoji proqram təminatlarından istifadə bacarığı. ETAP, EPLAN və ya analoji elektrik hesablama və sxem proqramları ilə işləmək bacarığı üstünlükdür. Data mərkəzləri, server otaqları və ya kommersiya obyektlərinin elektrik təchizatı layihələrində iş təcrübəsi üstünlükdür. Elektrik mühəndisliyi, enerji təchizatı və ya UPS sistemləri üzrə əlavə təlim və sertifikatlara malik olmaq üstünlükdür. Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dilini texniki sənədlərlə işləmək üçün bilmək, rus dili biliyi üstünlükdür. Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik, müstəqil qərarvermə, işləri prioritetləşdirmək və vaxtı düzgün planlaşdırmaq bacarığı. Komanda ilə işləmək, işgüzar kommunikasiya qurmaq və texniki problemlərin həlli üzrə təkliflər vermək bacarığı. Əlavə məlumat İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri. Vakansiya növü: Tam ştat. İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B). Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir. Təminatlar Push30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.