Yüklənir...
Местоположение: Bakı
“Baku Aqro Az” MMC komandasına 1C Operatoru vəzifəsinə işçi axtarır. İstixana və kənd təsərrüfatı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Vəzifə öhdəlikləri: İlkin mühasibat sənədlərinin 1C proqramına daxil edilməsi və işlənməsi; Məhsul, toxum, gübrə, dərman preparatları və digər materialların mədaxil-məxaric əməliyyatlarının qeydiyyatı; Anbar qalıqlarının və material hərəkətinin izlənilməsi; Məhsul istehsalı, yığımı və satışına dair məlumatların sistemə daxil edilməsi; Material sərfiyyatı və məhsul qalıqları üzrə hesabatların hazırlanması; Elektron qaimə-fakturalar və digər müvafiq sənədlərlə işləmək; Mühasibatlıq və anbar əməkdaşları ilə koordinasiyalı fəaliyyət göstərmək; Məlumatların düzgünlüyünə və sənədlərin vaxtında sistemə daxil edilməsinə nəzarət etmək. Namizədə tələblər: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; İstixana və kənd təsərrüfatı sahəsində mütləq iş təcrübəsi; 1C proqramında sərbəst işləmək bacarığı; Kənd təsərrüfatı məhsullarının, toxum, gübrə, dərman preparatları və digər materialların uçotu üzrə biliklər; Anbar əməliyyatları, materialların mədaxil-məxarici, sərfiyyatı və qalıqların uçotu üzrə təcrübə; Məhsul istehsalı, yığımı və satışına dair məlumatların 1C sistemində qeydiyyatı üzrə biliklər; MS Excel proqramında işləmək bacarığı; Dəqiqlik, məsuliyyətlilik və operativ işləmək bacarığı. İş şəraiti: İşəgötürən: “Baku Aqro Az” MMC İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti. Müraciət etmək istəyənlər CV-ni “1C Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.