Местоположение: Bakı
Peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları Departamentinin Əməyin ödənilməsi və hesabatlılıq şöbəsinə əməyin təşkili üzrə mütəxəssis axtarırıq! Vəzifə funksiyası: Namizəd əmək proseslərinin səmərəli təşkili, iş vaxtına nəzarət, iş vaxtının uçotu və davamiyyət göstəricilərinin təhlili, əmək normalarının qiymətləndirilməsi, vəzifə və iş yükü göstəricilərinin qiymətləndirilməsi, eləcə də əməyin təşkili üzrə hesabat və təkliflərin hazırlanmasında əsas rol oynayacaq. Sizi hansı öhdəliklər gözləyir? Struktur bölmələrində əmək proseslərini, iş bölgüsünü və iş yükünü öyrənmək, təhlil etmək və təkmilləşdirmə təklifləri hazırlamaq; Əmək normalarının, vaxt normalarının və xidmət normalarının hazırlanmasında, tətbiqində və yenilənməsində iştirak etmək; İş vaxtından istifadə, faktiki iş yükü və əmək məhsuldarlığı göstəricilərini təhlil etmək; Əməkdaşların işə davamiyyətini, işə gəlmə və işdən çıxma vaxtlarını, gecikmə, erkən çıxma və işdə olmama hallarını uçot məlumatları əsasında izləmək və təhlil etmək; İş vaxtının uçotu cədvəllərinin düzgün və vaxtında tərtib edilməsinə nəzarət etmək, davamiyyət məlumatlarını struktur bölmələri ilə dəqiqləşdirmək və müvafiq hesabatlar hazırlamaq; Əməyin təşkili üzrə müqayisəli təhlillər, arayışlar və dövri hesabatlar hazırlamaq; Struktur bölmələrdən daxil olan məlumatların düzgünlüyünü yoxlamaq və aidiyyəti tərəflərlə uzlaşdırmaq; Namizədlərdən tələblərimiz: Ali təhsil (İqtisadiyyat, insan resurslarının idarə edilməsi, idarəetmə və ya əlaqəli sahə üzrə üstünlükdür); Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi; Əmək qanunvericiliyi, əməyin təşkili və normalaşdırılmasının əsas prinsipləri barədə bilik; İş proseslərinin və iş yükünün təhlili, hesabat hazırlanması bacarığı; MS Excel proqramında sərbəst işləmə, böyük həcmli məlumatları sistemləşdirmə və təhlil etmə bacarığı; Komanda ilə işləmə və nəticəyönümlülük; Analitik düşünmə və problem həll etmə bacarığı. İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi. Biz nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları. Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5670 müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!