Sahə Mühəndisi - Blue City Yaşayış Kompleksi

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti  norma və qaydalarına,istehsalat planına  və normativ  sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək; Layihələr üzrə araşdırmalar etmək; Material sərfini hesablamağı bacarmaq, Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat  tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək; İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak; Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət; Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək; Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, müvafiq qurumlarının əlaqələndirilməsi; Layihənin təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi; İş prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış problemlə bağlı tədbirlər planının hazırlanması; Layihənin təhvili üzrə yekun hesabatın hazırlanması; Xüsusi tələblər İnşaat mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahədə iş təcrübəsi; 30–50 yaş aralığında olmaq; Çoxmərtəbəli yaşayış və ya qeyri-yaşayış binalarının tikintisi üzrə iş təcrübəsi; Tikinti sənədlərinin hazırlanması, tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək; Tikinti norma və qaydaları (TN və Q) üzrə biliklərə malik olmaq; Tikinti prosesinin təşkili və texniki nəzarəti sahəsində bilik və bacarıqlara sahib olmaq. İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək; MS Office, Autocad proqramları üzrə istifadə biliyi; Komandada işləmə bacarığı; Analitik düşünmə qabiliyyəti; İşi planlamaq bacarığı; İş şərtləri: İş yeri – Xırdalan şəhəri  İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun qeydiyyat.  Nahar şirkət tərəfindən verilir. Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .