Aqronom köməkçisi (Zirə) - Buta Agro

Местоположение: Bakı

İş şəraiti İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Vəzifə öhdəlikləri Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir; Üzvi və mineral gübrələr, herbisidlərdən düzgün istifadəni Aqronomun nəzarəti altında təmin edir; Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir; Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir; Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir; Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Aqronomun tapşırığına əsasən ica edir; Təhsil və iş təcrübəsi Ali təhsil (Aqronomluq, Biologiya, Kimya, Torpaqşünaslıq); Minimum 6 ay vəzifə üzrə təcrübə. Bacarıq və səriştələr Office proqramları (word,excel orta səviyyəli user) İstixana avadanlıqları ilə işləmə bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətlilik, öyrənməyə həvəsli; Təminatlar:   Nəqliyyat və nahar ilə təmin edilir. Bilməlidir İstixanada becəriləcək bitkilər üçün uyğun becərmə mühitinin düzgün müəyyənləşdirilməsi bacarığı; Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı; Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq; Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini. Zəhmət olmasa CV-lərinizi  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom köməkçisi (Zirə)” qeyd etməyi unutmayın.