Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri : Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi; Brendin tanınmasının artırılması və bazar mövqeyinin gücləndirilməsi üçün kampaniyaların təşkili; Rəqiblərin, bazar trendlərinin və müştəri davranışlarının mütəmadi təhlili; SMM, Google Ads və digər rəqəmsal kanalların effektiv idarə olunması, performansın ölçülməsi (KPI); Marketinq büdcəsinin səmərəli bölüşdürülməsi və xərclərə nəzarət edilməsi; Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idarəsi; Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi; Dizayn, kopiraytinq və SMM komandasının işinin koordinasiya edilməsi; PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili; Görülən işlərin effektivliyi barədə həftəlik və aylıq analitik hesabatların rəhbərliyə təqdim edilməsi. Tələb olunan bilik və bacarıqlar: Ali Təhsil (marketinq və ya əlaqəli sahədə) Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı; SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər; Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər; Yaradıcılıq, təşəbbüskarlıq və problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı; Stratejik düşünmə və analitika bacarığı; Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq (rus və türk dilini bilməsi üstünlükdür). İş şəraiti: İş qrafiki: 5 günlük, tam ştat Əmək haqqı: 1500 Azn Ünvan: Babək Plaza Maraqlanan namizlədlər CV nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə " Marketinq üzrə menecer " yazaraq göndərə bilərlər.