Местоположение: Bakı
Təsvir Telefon zənglərinin cavablandırılması; Müştərilərə şöbənin fəaliyyət sahəsinə uyğun məsləhət tipli dəstəyin göstərilməsi. Yaranmış sualın cavablandırılmasında köməklik göstərilməsi; Təsdiq olunmuş ədəbiyyat siyahısına uyğun danışıq texnologiyasının və texnikasının tətbiq edilməsi; Günlük/Həftəlik/Aylıq terminal vasitəsi ilə uğursuz nəticələnmiş bütün növ ödənişlərin yoxlanılması və düzəlişlərin olunmasının həyata keçirilməsi; Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatların təqdim edilməsi; Məlumat bazasına qəbul olunmuş informasiyanın sistemə daxil edilməsi; Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqə saxlanılması (informativ xarakterli zənglər; sorğu/anket); Müştərilərin müraciətlərinin qeydiyyatının aparılması və aidiyyəti üzrə yönləndirilməsi; Müştərilərin təklif və şikayətlərinin qeydə alınması və aidiyyəti üzrə yönləndirilməsi; Aylıq hesabatın təqdim edilməsi. Tələblər Ali təhsil; Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliklər; Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabilliyyəti; Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.