Местоположение: Bakı
Grand Catering QSC vakansiya elan edir | Qida Təhlükəsizliyi üzrə Mütəxəssis axtarışındayıq. Vəzifə öhdəlikləri: Xammalın, yarımfabrikatların və hazır qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu və uyğunluğunu yoxlamaq; Qida məhsullarının qəbulu, satın alınması, istehsalı, saxlanılması və daşınması proseslərinin qüvvədə olan qanunvericiliyin və sanitariya-gigiyena tələblərininə uyğunluğuna nəzarət etmək; Qida məhsullarının keyfiyyət göstəricilərini, yararlılıq müddətini, saxlanma şəraitini, temperatur və rütubət rejimini yoxlamaq; İstehsal və xidmət proseslərində əməkdaşların şəxsi gigiyena qaydalarına riayət etmələrinə, eləcə də iaşə və istehsalat sahələrinin, avadanlıqların və inventarların təmizlənməsi və dezinfeksiyasının müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinə nəzarət etmək; İaşə və istehsalat bölmələrində gündəlik, həftəlik və aylıq sanitariya-gigiyena yoxlamalarını aparmaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını izləmək; Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların müəyyən edilməsinə, istifadəsinin qarşısının alınmasına və silinməsi prosesinin müvafiq qaydada sənədləşdirilməsinə nəzarət etmək; Qida təhlükəsizliyi və istehsal proseslərinə nəzarətlə bağlı hesabatları, jurnalları, aktları və digər müvafiq sənədləri hazırlamaq və aparmaq; Aşkar edilmiş uyğunsuzluqlar üzrə aktlar tərtib etmək, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək; Qida məhsulları ilə işləyən əməkdaşların vaxtında tibbi müayinədən keçmələrinə və müvafiq tibbi sənədlərin mövcudluğuna nəzarət etmək; Qida təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə təkliflər vermək; Qida təhlükəsizliyi üzrə daxili prosedurların və təlimatların tətbiqinə dəstək göstərmək; Rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə aid edilmiş digər tapşırıqları yerinə yetirmək. Tələb olunan bilik və bacarıqlar: Qida texnologiyası, qida təhlükəsizliyi, qida mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Qida təhlükəsizliyi, sanitariya-gigiyena normaları, qida məhsullarının saxlanılması və istehsalı üzrə biliklər; HACCP prinsipləri və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə biliklər; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Azərbaycan dili – əla, ingilis və rus dilləri – arzuolunandır; MS Office proqramları üzrə biliklər, 1C bilikləri – üstünlükdür; Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və sənədləşmə bacarığı. Sizə nə təklif edirik? Şirkət tərəfindən təmin olunan nahar Korporativ mobil nömrə və danışıq paketi Peşəkar inkişaf və karyera imkanları Dinamik və inkişafyönümlü iş mühiti Ünvan: Bakı şəhəri, Sarabski Plaza Əmək haqqı: 1000-1300 AZN - NET Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.