Yüklənir...
Местоположение: Bakı
Yerinə yetirəcəyi işlər Tikinti layihələri üzrə bütün maliyyə və mühasibat uçotunun təşkili və nəzarəti; Gəlir və xərclərin düzgün uçotunun aparılması, smeta və büdcələrin hazırlanması; Podratçı və subpodratçılarla hesablaşmaların aparılması və nəzarəti; Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi; Tikinti materiallarının və əsas vəsaitlərin uçotunun aparılması; Bank əməliyyatları, ödəniş tapşırıqları və pul vəsaitlərinin idarə olunması; Maliyyə hesabatlarının hazırlanması; Audit yoxlamalarına hazırlıq və audit prosesində iştirak; Mühasibat uçotu ilə bağlı qanunvericiliyin tətbiqinə nəzarət. Vəzifəyə olan tələblər Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; PMS sertifkatı mütləqdir Tikinti sektorunda baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi; Excel, 1C ve digər mühasibat proqramlarında yüksək səviyyədə bilik; Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini dərindən bilmə; Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik; Komanda idarəetmə bacarığı. İş şəraiti: İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Çinar Park Biznes mərkəzi. İş rejimi: həftə içi 5 gün Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r (”Baş mühasib” başlığı ilə göndərməyiniz xahiş olunur)