Baş Anbardar - Groupone

Местоположение: Bakı

“Groupone” MMC Təhcizat şöbəsində “Baş anbardar” vəzifəsinə vakansiya elan edilir. Vəzifə təlimatı: Anbarın gündəlik fəaliyyətinin təşkilinə və idarə olunmasına nəzarət etmək; Anbara daxil olan və çıxan malların qəbul və təhvil proseslərini koordinasiya etmək; Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək; Malların anbar daxilində düzgün yerləşdirilməsini, saxlanmasını və təhlükəsizliyini təmin etmək; ERP sistemi üzərindən anbar uçotunun aparılmasına nəzarət etmək; ERP proqramında mədaxil və məxaric əməliyyatlarının düzgün və vaxtında qeyd olunmasını təmin etmək; Anbar qalıqlarına gündəlik nəzarət etmək və müvafiq hesabatları hazırlamaq; Gündəlik, həftəlik və aylıq anbar hesabatlarının hazırlanmasını təşkil etmək; İnventarizasiya prosesini təşkil etmək və nəticələrə nəzarət etmək; Anbarda çalışan əməkdaşların iş bölgüsünü aparmaq və fəaliyyətlərinə nəzarət etmək; Anbar əməkdaşlarının iş intizamına və müəyyən edilmiş prosedurlara riayət etməsini təmin etmək; Anbarın nizam-intizamını, təhlükəsizliyini və maddi-texniki resursların qorunmasını təmin etmək; Anbar üzrə mövcud problemləri operativ şəkildə müəyyən etmək və rəhbərliyə məlumat vermək. Namizədə dair tələblər: Yaş həddi: 25-45; Bəy namizəd tələb olunur; Restoran və qida sahəsində anbar üzrə minimum 3 il iş təcrübəsi; Baş anbardar və ya anbar üzrə rəhbər vəzifəsində iş təcrübəsi arzuolunandır; ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər); MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Anbar uçotu, sənədləşmə və inventarizasiya qaydalarını bilmək; Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı; Məsuliyyətli, diqqətli, dəqiq və operativ olmaq; Analitik düşünmə və problem həll etmə bacarığı. Təminatlar: İş qrafiki: 6 günlük; İş yeri: Bakı şəhəri, Babək prospekti, City Park Mall-la üzbəüz; Nahar şirkət tərəfindən verilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə; Əmək haqqı: 2000 AZN Uyğun namizədlər öz CV-lərini “Baş anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.