Yüklənir...
Местоположение: Bakı
Namizəd birbaşa Marketinq Direktoru ilə çalışacaq, partnyor şirkətlər ilə gündəlik marketinq kommunikasiyasını, reklam kampaniyalarını və müxtəlif layihələrin koordinasiyasını həyata keçirəcək. Vəzifə öhdəlikləri Partnyor şirkətlər ilə gündəlik kommunikasiya və əməkdaşlığın qurulması; Reklam kampaniyalarının, aksiyaların və tədbirlərin təşkilində iştirak; Sosial media üçün kontentlərin hazırlanmasına və planlaşdırılmasına dəstək; Şirkətlər ilə endirim və xüsusi təklif kampaniyalarının koordinasiyası; Təqdimatların, hesabatların və marketinq materiallarının hazırlanması; Marketinq layihələri üzrə tapşırıqların icrası, izlənilməsi və nəticələrin hesabatlandırılması; Marketinq komandası, şirkətlər və digər tərəfdaşlar arasında effektiv koordinasiyanın təmin edilməsi. Namizədə tələblər Marketinq, SMM, layihələrin koordinasiyası və ya müştərilərlə iş sahəsində təcrübə üstünlükdür; Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı; Eyni zamanda bir neçə layihə və tapşırığı idarə etmək bacarığı; Instagram və digər sosial media platformaları haqqında biliklər; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı; Məsuliyyətli, operativ, kreativ və təşəbbüskar olmaq; Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək bacarığı. İş şəraiti İş yeri: Bakı İş rejimi: 5 günlük (09:00-18:00) Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək. Maraqlanan namizədlər CV-lərini “Marketinq üzrə Koordinator” mövzusu ilə elanda “Müraciət et” bölməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.