Baş Mühasib - MER Group

Местоположение: Bakı

Vəzifə öhdəlikləri:  Müəssisənin mühasibat uçotunu qanunvericiliyə uyğun idarə etmək; Maliyyə, vergi və statistik hesabatların vaxtında və düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək; Nağd və nağdsız ödənişlərin düzgün uçotuna nəzarət etmək; Bank hesabları üzrə əməliyyatların uçotunu və üzləşdirilməsini həyata keçirmək; Debitor və kreditor borclarına nəzarət etmək; Maya dəyərinin (Food Cost və Beverage Cost) hesablanmasına nəzarət etmək. Məhsul itkiləri, silinmələr və tullantılar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək; Əməkhaqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin düzgün hesablanmasını təmin etmək; Vergi öhdəliklərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək; Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin düzgün tərtibini təmin etmək; Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək; Büdcənin hazırlanmasında iştirak etmək və büdcə icrasına nəzarət etmək; Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Daxili nəzarət mexanizmlərini tətbiq etmək və maliyyə risklərini qiymətləndirmək; Vergi və digər dövlət qurumlarının yoxlamaları zamanı müəssisəni təmsil etmək; Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Satış və Restoran sektorunda); MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək; Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər; Elektron dövlət portalları ilə işləmək bacarığı; Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları; Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər; İş barədə məlumat: İş yeri: Bakı, Həsən Seyidbəyli küç; 5 günlük iş qrafiki: 09:00-18:00. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  Müraciət et  düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.